Bakının Nərimanov rayonunda 38 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakının Nərimanov rayonu ərazisində dörd nəfərin aldadılaraq ümumilikdə 38600 manatının dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 48 yaşlı İ.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.