Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker… – FOTOLARbackend

Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker… – FOTOLAR

Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur.

Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir.

KONKRET.az xəbər verir ki, bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və nəzarətsiz qalan bunkerdən “Photo Stock” platforması fotoreportaj hazırlayıb.

Reportajda qeyd edilib ki, bunkerdən içəriyə daxil olduqda burada uzun dəhliz görünür, onun sonu isə müxtəlif qaranlıq otaqlara açılır. Otaqlar arasında keçidlər mövcuddur. Bunkeri gəzdikcə burada müxtəlif səslər eşidilir. Bəzi otaqlarda yararsız monitorlar var. Bunkerə nəzər saldıqda buranın böyük bir yer olduğu məlum olur. Belə ki, istifadə müddətində təxminən 300-400 nəfərin yaşaması üçün şəraitə malikdir.

Bunkerdən fotoları təqdim edirik:

513956162 1037163785244257 5757131653190832942 n 1
514379451 1037163661910936 6509663113701659114 n
514145613 1037163955244240 8611300726332865912 n
514115148 1037163888577580 3281571651310567020 n
514047763 1037163851910917 6278502894697634149 n
514087501 1037163838577585 2934115107076191815 n
514326840 1037163775244258 8293237058310434734 n
513826897 1037163778577591 1722625087044293941 n
bbbfdfh
bdbdbdbdbd
bundndndnd
bununununn
bunkkkkk

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*