Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü – yaralılar varbackend

Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü - yaralılar var

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

KONKRET.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*