Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Abdullayev Cavid Vidadi oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.