Bakıda avtomobil piyadanı belə vurdu – HADİSƏ ANIbackend

Bakıda avtomobil piyadanı belə vurdu - HADİSƏ ANI

Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında baş verən  qəzaların əsas səbəblərindən biri də nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsinin düzgün saxlanılmamasıdır.

Bu barədə KONKRET.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib.

Onun sözlərinə görə, daha çox Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində, Buzovna-Mərdəkan-Qala və digər yollarda belə hallara tez-tez rast gəlinir. Xüsusən də nəqliyyat sıxlığının olduğu vaxtlarda, texniki nasaz avtomobilin yolda qaldığı hallarda arxa istiqamətdən gələn  bəzi sürücülər ara məsafəsini düzgün seçmədikləri üçün nəqliyyat vasitəsini vaxtında dayandıra bilmirlər və qəza qaçılmaz olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*