Bakıda avtomobil yeniyetmə qızları vurdubackend

Bakıda avtomobil yeniyetmə qızları vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Tbilisi prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Allahverdiyeva Nigar Eldar qızını və həmyaşıdı, 2006-cı il təvəllüdlü Sofiyeva Ləman Əhməd qızını vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Allahverdiyevaya sağ körpücük sümüyünün sınığı, L.Sofiyevaya isə bədənin müştərək travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*