backend

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir keçiriləcək

Noyabrın 16-17-də Bakıda bədii gimnastika üzrə “II Victory and Aquatic Palace cup” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, yarış 4-13 yaş qrupuna aid olan idmançılar arasında təşkil olunacaq.

Turnirə Azərbaycanla yanaşı, Rusiya və Gürcüstandan 250 gimnast qatılacaq. 2 gün davam edəcək yarışın açılış mərasimi noyabr 16-da, saat 12:00-da Bakı İdman Sarayında olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*