Bakıda beşmərtəbəli binada yanğın – İki nəfər zəhərləndibackend

Bakıda beşmərtəbəli binada yanğın - İki nəfər zəhərləndi

Bakı şəhərinin Yasamal rayonunda yaşayış olmayan beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin bir otağında taxta qırıntıları 1 m² sahədə yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Otaq yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*