Bakıda möhtəşəm DRON ŞOU: Səmada Xarıbülbül simvolu CANLANDIRILDI – VİDEObackend

Bakıda möhtəşəm DRON ŞOU: Səmada Xarıbülbül simvolu CANLANDIRILDI - VİDEO

“2023 Formula 1” Azərbaycan Qran Prisinin ikinci günü, hazırda ölkəmizdə ilk dəfə irimiqyaslı dron şou nümayiş olunur.

KONKRET.az xəbər verir ki, saat 21:45-dən başlayan şouda 1000 ədəd dron eyni vaxtda səmaya qalxaraq bənzərsiz görüntü sərgiləyib. Görüntülərdə əsrarəngiz Xarıbülbül simvolu, Azərbaycan bayrağı və Azərbaycan xəritəsi səmada canlandırılıb.

Dron performansı ilə eyni zamanda dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardwell Dənizkənarı Bulvar səhnəsində təkrarsız ifası ilə azarkeşləri coşduracaq.

Yüksək templi canlı ifa dinamik vizual effektlərlə müşayiət olunaraq şəhər sakinlərinin və çoxsaylı xarici qonaqların zövqünü oxşayacaq.

Qeyd edək ki, Bakı yarışı çərçivəsində uzun fasilədən sonra baş tutacaq möhtəşəm konsert proqramı eyni vaxtda yarışı canlı izləyən 30 minə yaxın “Formula-1” azarkeşlərinin böyük marağına səbəb olacaq.

Ayan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*