Bakıda bir marşrutun hərəkət sxemində dəyişiklik edildibackend

Bakıda bir marşrutun hərəkət sxemində dəyişiklik edildi

Bakı Nəqliyyat Agentliyi çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksini şəhərin mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edib.

Agentlikdən KONKRET.az-a verilən məlumata görə, sabahdan marşrut üzrə avtobusların hərəkət sxemi Kompleksin ərazisindən keçməklə yeni inşa edilən massivdə (Kristal Abşeron) yaşayan 1 500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*