Bakıda da ehsan süfrələri LƏĞV OLUNACAQ? – VACİB AÇIQLAMAbackend

Bakıda da ehsan süfrələri LƏĞV OLUNACAQ? - VACİB AÇIQLAMA

Son zamanlar Azərbaycanın müxtəlif bölgələrində yas mərasimlərində ehsan süfrələrinin ləğvi müşahidə olunur. Mövcud tendensiya cəmiyyətin diqqətini çəkərkən, bu qərarın paytaxt Bakıda da tətbiq olunub-olunmayacağı suallar doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bölgələrdə yas mərasimləri ilə bağlı maarifləndirmə işləri artıq müsbət nəticələr verir.

İlahiyyatçı Ağa Hacıbəyli “Din və cəmiyyət”in qonağıdır - 18.03.2022

“Son zamanlar ölkəmizdə həm media nümayəndələrinin, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin verdiyi dəstəyin nəticəsində bir sıra bölgələrimizdə müsbət nəticələr əldə olunub. Bu da onu göstərir ki, xalqımız müdrik və anlayışlıdır, yaxşı və xeyirli işlərə tez uyğunlaşır”.

İlahiyyatçının sözlərinə görə, bu cür yanaşma Bakıda da uğurla tətbiq oluna bilər:

“Nəticə yalnız təzyiq və ya qadağa ilə deyil, maarifləndirmə və şüurlandırma ilə daha effektiv olur. İnsanlar başa düşməlidir ki, yas mərasiminin məqsədi yemək deyil, dua, Quran oxunuşu və mərhumun ruhuna hörmətdir. Ehsan süfrələri yığışdırılsın, insanlar ora ruhlarını doyuzdurmaq üçün gəlsinlər”.

Ağa Hacıbəyli medianın bu sahədəki rolunu da xüsusi vurğulayıb:

“Maarifləndirmə prosesində medianın gücü böyükdür və bu yolla paytaxtda da analoji nəticələrin əldə olunacağı gün uzaqda deyil”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*