Bakıda daha bir məşhur “zapravka” fantastik məbləğə satışa çıxarıldı – FOTObackend

Bakıda daha bir məşhur "zapravka" fantastik məbləğə satışa çıxarıldı - FOTO

Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.

KONKRET.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən YDM paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşir.

Zabrat dairəsində yerləşən bu məntəqə 3,5 milyon manata təklif olunur.

Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub.

Obyektin sahibinin kimliyi məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda – 20 yanvar metrosundan 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən H-Petrol YDM də satışa çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*