Bakıda dərsdə “teloxranitel”lə oturan məmur nəvəsinin kimliyi məlum oldubackend

Bakıda dərsdə "teloxranitel"lə oturan məmur nəvəsinin kimliyi məlum oldu

KONKRET.az xəbər verir ki, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.

O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub.

Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.

Məsələ ilə bağlı 6 və 134 saylı məktəblərin telefon nömrələri ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğu üçün telefon zənglərimizə cavab verən olmadı.

Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*