Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, E.Ağayeva paytaxtın ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Xatırladaq ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva 2020-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək 20 nömrəli məktəb-liseyə rəhbərlik edib. O, daha əvvəllər isə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
***
Bakıda məktəb direktoru işdən çıxarılıb.
KONKRET.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Esmira Ağayeva Azər qızı 20 nömrəli məktəb-liseyin direktoru vəzifəsindən azad edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin məzunu olan 1965-ci il təvəllüdlü E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.
Qeyd edək ki, o, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.