Bakıda evdə silah-sursat aşkarlandıbackend

Bakıda evdə silah-sursat aşkarlandı

Xəzər rayonu ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə KONKRET.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən evlərin birindən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*