Bakıda evdən 2 nəfərin meyiti tapıldıbackend

Bakıda evdən 2 nəfərin meyiti tapıldı

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində evdən 2 nəfərin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, fərdi yaşayış evindən 1975-ci il təvəllüdlü Quliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlunun üzərlərində xəsarət olmayan meyitləri tapılıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*