Bakıda evlərin girişindən 3950 manatlıq velosiped oğurlanıbbackend

Bakıda evlərin girişindən 3950 manatlıq velosiped oğurlanıb

Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.

KONKRET.az xxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*