Bakıda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır – RƏSMİbackend

Bakıda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.

Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*