Bakıda həbs edilən rusiyalılar azadlığa buraxılır? – ŞOK İDDİAbackend

Bakıda həbs edilən rusiyalılar azadlığa buraxılır? - ŞOK İDDİA

Bakıda iki ay əvvəl saxlanılan ruslarla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın açıqlaması Rusiyada reaksiya doğurub.

KONKRET.az Müsavat-a istinadən xəbər verir ki, S.Əliyeva iki ay əvvəl Bakıda saxlanılan “Sputnik-Azərbaycan”ın əməkdaşları və digər Rusiya vətəndaşlarının ailələri ilə görüşdüyünü açıqlayıb:

“Bu qrup məhbusların ailə üzvlərinin Ombudsman Aparatında qəbulunu həyata keçirir, daxil olan müraciətlər vaxtında və qanunvericilik çərçivəsində araşdırılır və həll olunur, zərurət yarandıqda köməklik göstərilir. Onların ailə görüşü bir neçə gün əvvəl baş tutub”.

Ombudsman həmçinin qeyd edib ki, həbs olunan Rusiya vətəndaşları saxlanma şəraiti və onlara münasibətlə bağlı heç bir şikayət etməyiblər.

Açıqlamada qeyd olunur ki, saxlanılan rusların saxlanması məsələsi Milli Preventiv Qrupun daimi nəzarətindədir. Qrupun nümayəndələri mütəmadi olaraq ombudsman aparatında ailə üzvlərini qəbul edir, onların hüquqlarına Azərbaycan qanunvericiliyi çərçivəsində riayət olunmasını təmin edirlər.

“Svobodnaya pressa”(SP) isə S.Əliyevanın açıqlamasından belə bir rəy yaratmağa çalışıb ki, guya Bakı saxlanılanları Rusiya ilə “mübadilə”yə hazır olduğuna işarə edir.

Politoloq Mixail Neyjmakov nəşrə deyib ki, bu açıqlama Bakının Rusiya ilə “danışıqlar pəncərəsi”nin tam bağlanmadığına dair siqnallardan biri ola bilər.

“Lakin bu, yeganə siqnal deyil. Danışıqlar prosesinin davam etməsinin göstəricisi xarici siyasət və ya təhlükəsizlik bloku ilə bağlı olmayan yüksək rütbəli məmurlar səviyyəsində təmaslardır. Məsələn, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev sentyabrın əvvəlində Rusiya nümayəndə heyətinin Bakıya getməyə hazır olduğunu bəyan edib”, – deyə, o bildirib.

Politoloq iddia edib ki, Bakı rusiyalılara qarşı rəsmi ittiham irəli sürüldüyü üçün onların azadlığa buraxılması üçün müzakirələr çətin ki, olsun:

“Azərbaycanda saxlanılan ruslara qarşı rəsmi ittiham irəli sürüldüyündən, çətin ki, kimsə onların azadlığa buraxılma şərtlərini açıq şəkildə müzakirə etsin. Bir qayda olaraq, belə hallarda danışıqlar bağlı qapılar arxasında aparılır.

2017-ci ilin iyulunda “Dövlət sərhədi haqqında” və “Pasportlar haqqında” Azərbaycan qanunlarını pozmaqda təqsirli bilinərək Bakıda mühakimə olunan və həmin ilin sentyabrında İlham Əliyev tərəfindən əfv olunan bloger Aleksandr Lapşinin işinə oxşar ssenarinin olması ehtimalı böyükdür. Bu hallar arasında tam analogiya aparmaq mümkün olmasa da, Bakının mühüm xarici siyasət tərəfdaşı olan İsrail də Lapşinin azadlığa buraxılmasını istədi. Eyni zamanda, Lapşinə qarşı irəli sürülən ittihamlar Bakı üçün siyasi əhəmiyyətli məsələyə – blogerin Qarabağa səfərinə aid idi. Bir az daha az ehtimal olunan ssenari ondan ibarətdir ki, saxlanılan ruslara qarşı işlərə məhkəməyə qədər xitam verilə bilər. Eyni zamanda, Rusiya vətəndaşları Bakı ilə Moskva münasibətlərində “ərimə” başlamazdan əvvəl azad oluna bilərlər”.

“SP”-nin rusiyalıların Yekaterinburqda həbs edilən “azərbaycan mafiyasının”üzvləri ilə dəyişdirilməsi mümkündürmü” sualına guya cavab da tapmaq da çalışıb: “Məlum olduğu kimi, məhkəmə hökmü olana qədər iş üzrə təqsirləndirilən şəxslərin günahı barədə danışmaq tezdir. Ümumiyyətlə, dünyada belə bir ssenari geniş yayılıb ki, iki dövlət arasında soyuqlaşma fonunda həbs edilən şəxslərlə bağlı qərarlar sinxron qəbul edilir, sonra isə onlar faktiki olaraq azadlıqa buraxılı müxtəlif hüquqi əsaslarla ölkəni tərk edirlər. Məsələn, cinayət işlərinə xitam verildikdə, bəraət hökmü çıxarıldıqda və ya əfv halında”.

Nəşr iddia edib ki, guya Azərbaycanda rusiyayönümlü jurnalistlər və siyasətçilər ağır cəzalara məhkum ediliblər, “bizim vətəndaşlar olmasa da”, onların da azadlığa buraxılmasında hansısa səylər göstərilə bilər. “Hələlik, daha çox ehtimal ki, söhbət yalnız Bakı ilə Moskva arasında son gərginlik zamanı saxlanılan Rusiya vətəndaşlarından gedir” deyə, politoloq qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*