Bakıda həyat dayanacaq – Ekspert HƏYƏCAN TƏBİLİ çaldıbackend

Bakıda həyat DAYANACAQ - Ekspert HƏYƏCAN TƏBİLİ çaldı

Yola saldıgımız köhnə ilin əsas problemlərindən biri də Bakı şəhəri və onun ətraf yaşayış sahələrinin kücə və yollarında yaranan tıxaclar oldu. Bu problem bu il necə, həllini tapacaqmı? Nəzərə alsaq ki, Bakı şəhər ətrafında məskunlaşma bir az da çoxalıb, rayondan şəhərə gələnlərin də sayında artım davamlı olub, bütün təhsil ocaqları əvvəlki qaydada öz işini davam etdirir (bu siyahını uzatmaq da olar) və bunun qarşılığında hər hansı alternativ yol ötürücüsü, qovşaq, körpü tikilməyib, deməli, köhnə problemlərlə yaşamaqda davam edəcəyik.

Bundan əlavə, ötən il ölkəmizə 70-80 min yeni avtomobilin gətirildiyini, taksi fəaliyyəti ilə məşğul olanların sayının çoxaldığını və bunun üzərinə məsuliyyətsiz sürücüləri də əlavə etsək, tıxaclı günlərimizin davamlı olacağına şübhə qalmır.

Mən də bir sürücü kimi tıxac probleminin ilbəil coxaldığını müsahidə edirəm. Təkcə onu deyə bilərəm ki, daha cox istifadə etdiyim Dərnəgül yolu deyilən Ziya Bünyadov prospektində əvvəllər tıxaclar axsam saatlarına təsaduf edirdisə, son vaxtlar günün bütün saatlarında, hətta istirahət günlərində də eyni mənzərə ilə üzləşirsən, yollarda həm saatlarla vaxtını, həm də əsəblərini itirirsən. Ekspertlər tıxacların aradan qaldırılması üçün nəqliyyatın şaxələndirilməsi istiqamətində lazımi işlərin bu il də görülmədiyini əsas fakt kimi göstərirlər.

Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov isə KONKRET.az-a bildirib ki, 5 il əvvəl Bakı – Sumqayıt yolunda vəziyyət daha acınacaqlı idi.

“Amma yollar bir qədər genişləndirildi və bu, sıxlığı müəyyən qədər aradan qaldırdı. Buna baxmayaraq, yenə də Sumqayıt, Xırdalan, Mazasır və digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin eyni yola çıxması səbəbindən, eləcə də şaxələnmə olmadığından sıxlıq davam edir”.

Ekspertin sözlərinə görə, Bakı – Sumqayıt şossesində, Xırdalan və 20 Yanvar dairələrində nəqliyyatın sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yolunun yaradılması təşəbbüsü şəhərdə sıxlıgın aradan qaldırılmasına müsbət təsir göstərəcək.
F.Eyyubov deyir ki, marşrut avtobuslarının hamısı avtovağzalın qabağında birləşir. Şamaxıdan gələn nəqliyyat növləri də eyni məkanda cəmlənir. Beləliklə, şəhərin girişində böyük tıxac yaranır.

Ekspertin sözlərinə görə, 2019-23-cü illər üçün beşillik proqram tərtib edilmişdi. Bu proqram yol təhlukəsizliyinin azaldılması üçün nəzərdə tutulmuşdu. Proqramda köhnə nəqliyyat vasitələrinin çıxdaş olunması və digər məsələlər var idi. Ancaq proqram başa çatdı və təəssüf ki, çox az məsələ öz həllini tapdı.

Təbii ki, Bakı şəhərində tıxac probleminin aradan qaldırılması üçün təhsil ocaqlarının şəhərdən kənara cıxarılması, bəzilərinin rayonlara köçürülməsi kimi planlar da hazırlanır. Eyni zamanda, alternativ yolların inşası da nəzərdə tutulub. Bundan əlavə, bu il ən azından 40 mindən çox soydaşımızın dogma yurd yerlərinə dönəcəkləri gözlənilir. Bunlar, əsasən, Bakı şəhəri ərazisində məskunlaşan soydaşlarımız olacaq və bu qayıdış şəhərdə əhali yükünün azaldılması ilə yanaşı, tıxac probleminə də təsirsiz ötüşməyəcək. Beləcə Qarabağ probleminin həlli ölkəmizin sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dönüş, ruh yüksəkliyi yaratdıgı kimi, Bakıda da tıxacların aradan qaldırılmasına töhfəsini verəcək.

Vaqif Nəcəfov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*