Bakıda “Hunday” mağazaya girdibackend

Bakıda “Hunday” mağazaya girdi

Bakıda avtomobilin çilçıraq mağazasına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

“Hunday” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini mağazaya çırpıb. Nəticədə avtomobil mağazanın giriş qapısını sındıraraq içəri daxil olub.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*