Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Məmmədov Elxan Himayil oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.