Bakıda iki avtomobil toqquşdu – Xəsarət alan varbackend

Bakıda iki avtomobil toqquşdu - Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əliyev Qəhrəman Ağabəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*