Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİKbackend

Bakıda insanları ən çox öldürən ilk ÜÇ XƏSTƏLİK

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı əsas xəstəliklərin yer aldığı açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, modern.az saytının Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatda deyilir ki, ölüm səbəbləri sırasanda ilk yerdə yenitörəmələr (xərçəng şişləri) gəlir.

Ölüm səbəbləri arasında 2-ci yer qan dövranı sisteminin (ürək-damar) xəstəliklərinə aiddir.

İlk “3-lük”də sinir sisteminin xəstəlikləri də yer alır.

Ümumiyyətlə paytaxtda yaşayan insanların ölümünə səbəb olan əsas xəstəliklər belə sıralanıb:

1. Yenitörəmələr (xərçəng şişləri)
2. Qan dövranı sisteminin (ürək-damar) xəstəlikləri
3. Sinir sisteminin xəstəlikləri
4. Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsiri
5. Həzm sisteminin xəstəlikləri
6. Tənəffüs sisteminin xəstəlikləri
7. Bəzi infeksion və parazitar xəstəliklər
8. Perinatal dövrdə meydana çıxan bəzi hallar
9. Sidik-cinsiyyət sisteminin xəstəlikləri
10. Klinik və laborator müayinələrdə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14172 ölüm halı qeydə alınıb. Rəsmi statistikaya görə, bir il ərzində Bakıda 15 minə yazın ölüm halı baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*