Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq – Baş Prokurorluqbackend

Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq - Baş Prokurorluq

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

“Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir”, – deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*