Bakıda itkin düşən azyaşlı polis tərəfindən tapılıbbackend

Bakıda itkin düşən azyaşlı polis tərəfindən tapılıb

Bakıda evi valideynlərdən xəbərsiz tərk etmiş 7 yaşlı uşaq polis tərəfindən tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev “Facebook” sosial şəbəkə hesabında məlumat verib.

Məlumatda deyilir: “Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Yusif Nurxan oğlu Abbasov dediyinə görə, Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*