Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
KONKRET.az xəbər verir ki, iyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***
Nərimanov rayonunda kişi cinsli bir nəfər küçədə güllələnib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a məlumat verilib.
Bildirilib ki, bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Belə ki, hadisəni törədən şəxs zərərçəkmişlə telefonda mübahisə edib. Mübahisədən bir müddət sonra onu güllələyib.