Bakıda küçədə yıxılan gəncin gözü kor oldubackend

Bakıda küçədə yıxılan gəncin gözü kor oldu

Bakıda bədbəxt hadisə baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü İsmayılov Elməddin İlham oğlu ehtiyatsızlıqdan yıxılaraq göz nahiyəsi yol kənarındakı səkiyə dəyib.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Yaralı dərhal əməliyyata götürülüb. Əməliyyatdan sonra müəyyən olunub ki, E. İsmayılovun bir gözü görmə qabiliyyətini itirib.

Hazırda xəstə həkim nəzarətindədir.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*