Bakıda küçəyə atılmış uşaq tapıldıbackend

Bakıda küçəyə atılmış uşaq tapıldı

Bakıda kimsəsiz azyaşlı tapılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.

Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib.

Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*