Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək – Sabahın havasıbackend

Bakıda külək güclənəcək, rayonlara dolu düşəcək - Sabahın havası

İyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, sabahın havası belə olacaq.

Bakı və Abşeron Yarımadasında hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Gecə temperaturu: 19-22° isti

Gündüz temperaturu: 27-32° isti

Atmosfer təzyiqi:755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək

Nisbi rütubət: gecə 50-60 %, gündüz 35-45 %

Azərbaycanın bölgələrində hava proqnozu

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli leysan xarakterli yağış, şimşək, hətta dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Gecə temperaturu: 17-22° isti

Gündüz temperaturu: 31-36° isti

Dağlarda gecə temperaturu: 10-15° isti

Dağlarda gündüz temperaturu: 20-25° isti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*