Bakıda lokal qapadılma haqqında qərarı yalnız Səhiyyə Nazirliyi verə bilər – TƏBİB-dən AÇIQLAMAbackend

Bakıda lokal qapadılma haqqında qərarı yalnız Səhiyyə Nazirliyi verə bilər – TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxanların 56.1 faizi Bakının payına düşür. Qeyd edək ki, bir neçə ay öncə Ümumdünya Səhiyyə Təşkilatı 2-ci dalğa başlasa belə ölkə üzrə ümumi qapadılmağın ehtiyac olmadığını, yalnız yoluxma çox olduğu bölgələrdə lokal qapadılmaya gedilməsini məsləhət bilib. Bakıda yoluxma artarsa, lokal qapadılmaya gedilə bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, ölkə üzrə epidemioloji vəziyyətə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətindədir:

“Bakı şəhərində artma-azalma məsələlərinə görə hər hansı ərazinin bağlanılması qərarını bizim qurum vermir. TƏBİB sadəcə xəstəxanalara cavabdehdir. Ərazilərin bağlanılması qərarını Səhiyyə Nazirliyi verə bilər. Çünki Bakı şəhəri və ümumilikdə ölkə üzrə epidemioloji vəziyyətə nəzarət Səhiyyə Nazirliyi tərəfindən aparılır”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*