Bakıda məktəb direktorunun səs yazısı yayıldı – Araşdırma aparılacaqbackend

Bakıda məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma aparılacaq

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin müəllimi Lalə Şəfaqətovanın səs yazısı yayılıb.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi iddia olunur.

Belə ki, səs yazısından direktor müəllimi keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edildiyi məlum olub.

Bakı Şəhər Təhsil İdarəsindən məsələyə cavab olaraq bildirilib ki, sözügedən səs yazısı araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, Svetlana Hüseynova 2023-cü ildə işdən çıxarılıb və işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə direktor Afaq Əliyevanı məhkməyə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*