Bakıda məşhur taksi sürücüsü həbs edildi – FOTOLARbackend

Bakıda məşhur taksi sürücüsü həbs edildi - FOTOLAR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar.

KONKRET.az “Bizim.media”ya istinadən xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb.

S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə aparıblar. Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə, sürücü barəsində inzibati protokol tərtib edilib.

Qeyd edək ki, S.Qocayev “TikTok” sosial şəbəkə platformasında çəkdiyi videolar ilə məşhurlaşıb.

Bakıda məşhur taksi sürücüsü həbs edilibBakıda məşhur taksi sürücüsü həbs edilibBakıda məşhur taksi sürücüsü həbs edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*