Bakıda motosiklet və skuter oğruları saxlanıldıbackend

Bakıda motosiklet və skuter oğruları saxlanıldı

Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*