Bakıda mühüm iclasın açılışı keçirildi – FOTOLARbackend

Bakıda mühüm iclasın açılışı keçirildi – FOTOLAR

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasının açılış mərasimi keçirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına müraciətini səsləndirib.

Müraciətdən sonra UNODC-nin Korrupsiya və İqtisadi cinayətkarlıqla mübarizə İdarəsinin rəisi Bricit Strobel-Şou çıxış edib.

O, çıxışında korrupsiyanın sərhəd tanımadığını və buna qarşı birlikdə mübarizənin vacibliyinə toxunub.

Baş Prokuror Kamran Əliyev çıxışında Azərbaycanda korrupsiyaya qarşı mübarizənin kompleks yanaşma əsasında aparıldığını diqqətə çatdırıb: “Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir”.

Plenar iclasda çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva vurğulayıb ki, Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasında aktiv iştirak edir və onun bütün mexanizmlərində təmsil olunur: “Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ümid edirəm ki, GLOBE şəbəkəsinin fəal üzvü kimi Azərbaycan bundan sonra da korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və vəsaitlərin qaytarılmasında fəal iştirak edəcək”.

Daha sonra GlobE Network rəhbər komitəsinin sədri Nasser Abaalkhalil Şəbəkənin işi ilə bağlı məlumat verib, üzv olmayan ölkələri Şəbəkəyə qoşulmağa çağırıb.

Çıxışlardan sonra plenar iclasın gündəliyi qəbul edilib.
***

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclası başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı şəhəri BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində Altıncı Plenar İclasına ev sahibliyi edir.

Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu – o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan – ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir.

Həmçinin tədbirdə müxtəlif ölkələrin hüquq mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir.

Plenar iclasın əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar İclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulub.

Eyni zamanda, Plenar İclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcəkdir.

Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.

Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının VI Plenar İclasının açılışı olub - YENİLƏNİB  Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının VI Plenar İclasının açılışı olub - YENİLƏNİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*