Bakıda NATO-nun Hərbi Komitəsinin sədri və Rusiyanın Baş Qərargah rəisi arasında görüş keçirildibackend

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri və Rusiyanın Baş Qərargah rəisi arasında görüş keçirildi

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

KONKRET.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər Avropanın təhlükəsizliyi, Rusiya-NATO təmas xəttində mümkün insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpası perspektivi, həmçinin böhranlı bölgölərdəki vəziyyəti müzakirə ediblər.

*** 17:28

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu noyabrın 26-da Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiç bildirib.

O, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*