Bakıda ölümlə bitən mübahisə – Fotoqraf qonşusu tərəfindən qətlə yetirildibackend

Bakıda ölümlə bitən mübahisə - Fotoqraf qonşusu tərəfindən qətlə yetirildi

Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nahid Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 4-də Qaradağ rayonu ərazisindəki “Qobu Park-3” yaşayış massivində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, qətlə yetirilən Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*