Bakıda ölümlə nəticələnən qəza – VİDEObackend

Bakıda ölümlə nəticələnən qəza - VİDEO  

Bu gün səhər saatlarında Aeroport şosesi, mərkəz istiqamətində hərəkət edən minik avtomobili yük maşınına çırpılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəticədə minik avtomobilinin sürücüsü həyatını itirib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır:

“Bu cür qəzaların olmaması üçün sürücülər sadəcə həyat üçün vacib olan iki nüansa məsuliyyətlə yanaşmalıdırlar.

1. Onlar yorğun və yuxusuz halda sükan arxasına keçməməlidirlər;

2. Yolda diqqəti yayındıracaq hərəkətlərə yol verməməlidirlər.

Bu hadisə bir daha onu göstərdi ki, yollar edilən səhvləri bağışlamır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*