Bakıda orta aylıq əməkhaqqı artdıbackend

Bakıda orta aylıq əməkhaqqı artdı

Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 255,5 manat təşkil edib.

Bu barədə KONKRET.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8% artaraq 996,8 manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*