Bakıda piyadaları maşın vurdubackend

Bakıda piyadaları maşın vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Babək prospektində 1971-ci il təvəllüdlü Orucov Müslüm Hafiz oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin əzilmiş yarası və sol qaş nahiyəsinin əzilmiş yarası diaqnozları qoyulub.

***

Piyadanın xəsarət alması ilə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Məhərrəmli Ramos Elşad oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*