Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
KONKRET.az Trend-ə istinadən bildirir ki, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.