Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, qadın şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı bıçaqlanıb.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1992-ci il təvəllüdlü F.Quliyev polis tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
