Xəbər verdiyimiz kimi, ölkədə tətbiq olunan xüsusi karantin rejimi həftəsonu sərtləşdirildi və insanların iki gün ərzində çölə çıxmasına qadağa qoyuldu.
KONKRET.az xəbər verir ki, bu qadağalardan sonra bəzi vətəndaşların karantin qaydalarını pozması fonunda ortaya fərqli görüntülər çıxdı. Yayılan görüntülər arasında ən maraqlısı isə polisin küçəyə icazəsiz çıxan vətəndaşa yardım etməsi olub.
Belə ki, orta yaşlı bir xanım polisə yaxınlaşaraq bacısının dünyasını dəyişdiyini deyib və yas yerinə getmək üçün “102” xidmətindən icazə almadığını bildirib. Polis əməkdaşları isə qadını cərimələmək əvəzinə ona yardım ediblər. Belə ki, qadını öz xidməti avtomobilləri ilə yas məclisi keçirilən yerə aparıblar.
Görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.
Kövrəldim.Hələ İNSANLAR varmış!Yaşamağa dəyər!Əhsən SİZLƏRƏ!!!
Əlbəttə ya xşılar hər yerdə və həmişə var.Mən maska tapa bilməmişdim,poçta isə mskasız buraxmırdılar vəziyyəti başa saldım.Polis əməkdaşı bir 50 addımləqdakı maşınından gedib maska gətirdi təqdim elədi.Hadisə Cəlilabad rayonunda baş verib.O polisin timsalında bütün yaxşı polis oqullarımımıza təşəkkür edirəm!!!