Bakıda qadın sevgilisini öldürdübackend

Bakıda qadın sevgilisini öldürdü

Bakıda qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə avqustun 18-də gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*