Bakıda qəbirlər dağıldı – 5 məzar köçürüldü (FOTO)backend

Bakıda qəbirlər dağıldı - 5 məzar köçürüldü (FOTO)

Keşlə qəbiristanlığında illər öncə tullantı sularının axıdılması üçün nəzərdə tutulan kollektorun üzərində salınan qəbirlərdən biri torpaq aşınması nəticəsində dağılıb, iki qəbir isə dağılma təhlükəsindədir.

KONKRET.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən APA-ya verilən məlumata görə, mövcud məsələ ilə bağlı dəfələrlə müvafiq orqanlara müraciətlər olunub, əraziyə baxış keçirilib.

Qeyd edilib ki, kollektorda heç bir qəza hadisəsi baş verməyib, xəttə rejim dəyişikliyi olmayıb. Problemin kökü ondan ibarətdir ki, kollektorun üzərində qəbiristanlıq salınıb və bir neçə qəbir birbaşa magistral xəttin üzərinə düşüb.

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidmət Trestindən isə bildirilib ki, yağış suları kollektorunda baş vermiş qəza nəticəsində torpaq qatında çökmə baş verib və buna görə də uzun illər öncə dəfn olunmuş şəxslərin məzarlarına ziyan dəyib.

Trest tərəfindən təhlükəli zonada yerləşən daha 5 məzarın da digər əraziyə köçürülməsi təmin olunub.

Hadisə ilə bağlı aidiyyəti üzrə kollektorun balansdaşıyıcısına müraciət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*