Bakıda QƏTL: Ekstrasens və 2 oğlu öldürüldü – Meyitlərin qolu niyə bağlı olub? – VİDEObackend

Bakıda QƏTL: Ekstrasens və 2 oğlu öldürüldü - Meyitlərin qolu niyə bağlı olub? - VİDEO

Bakıda baş vermiş səs-küylü qətllə bağlı nadir kadrları təqdim edirik.

KONKRET.AZ xəbər verir ki, Bakıda məşhur ekstrasensin iki oğlu ilə birlikdə xüsusi amansızlıqla evində qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Hadisə Bayıl qəsəbəsində baş verib. Qonşular tanınmış ekstrasens Etibar Erkin və iki oğlunu əlibağlı, üzü aşağı şəkildə meyitini aşkar edib. Qeyd olunan qətlin təfərrüatı uzun müddət mətbuatdan və cəmiyyətdən gizli saxlanılıb.

Daha sonra qətlin şok təfərrüatı üzə çıxıb. Məşhur ekstrasensin qətlini dini qruplaşma “”CEYŞULLAH”ın həyata keçirdiyi və tamah məqsədi ilə törədilmədiyi məlum olub.

Həbs edilən dini qruplaşmanın 14 nəfər üzvləri açıqlama verib. Məlum olub ki, dəstənin başçısı Mübariz Əliyev Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olub. Qruplaşma ekstasensi və oğlanlarını diziüstə, əli bağlı saxlayaraq, “əmri” onlara oxuduqdan sonra öldürüblər.

Qətlin görüntüsü və təfərrüatı ilə bağlı Ceyhun Həmidovun müəllifi olduğu nadir kadrları təqdim edirik:

Oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*