Bəzi sürücülərin məsuliyyətsizliyi qeyri-pik saatlarda da bir sıra yollarda tıxaclar yaradır.
KONKRET.az xəbər verir ki, bu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin etdiyi paylaşımlarda da açıq-aydın görünür.
İlin əvvəlindən bu günə qədər Mərkəzin müşahidə kameralarının təsir zonasında 200-ə yaxın qəza baş verib, bir o qədər də texniki nasaz avtomobil yolda qalıb. Həm qəzanın baş verməsi, həm də nasaz avtomobillərin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub.
Ömər Xıdırov bildirib ki, çoxzolaqlı yollarda tıxacın əsas səbələrindən biri də ürüclərin dayanma-durma qaydalarını pozmasıdır. Yaranan problemin aradan qaldırılması üçün aidiyyəti üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına dərhal məlumat verilir.