Bakıda Heydər Əliyev prospekti-Hava limanı yolunda qəza baş verib.
Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, yol qəzası Əmircan-Bülbülə döngəsi adlanan yerdə şəhər mərkəzi istiqamətində olub:
“Nəticədə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bunu nəzərə alaraq bir daha sürücüləri bu cür hava şəraitində sürət həddinə əməl etməyə, meteoroloji amilləri mütləq qaydada nəzərə almağa çağırırıq”.