Bakıda qız atasını bıçaqladıbackend

Bakıda qız atasını bıçaqladı

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*