Bakıda quyuya düşən it xilas edildi – VİDEObackend

Bakıda quyuya düşən it xilas edildi - VİDEO

Bakı şəhərinin Xəzər rayonu ərazisində köməksiz vəziyyətdə qalan it xilas edilib.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sakinlər dərinliyi beş metr olan quyuda qalan iti çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

Daxil olmuş məlumatla bağlı FHN-nin xilasediciləri hadisə yerinə cəlb olunub və su quyusunda qalan iti xilas ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*